Sevastopola zərbə endirildi: 51 yaşayış evi zədələndi - 1 ölü, 4 yaralı var

Sevastopola zərbə endirildi: 51 yaşayış evi zədələndi - 1 ölü, 4 yaralı var

Hazırda oxunan: Sevastopola zərbə endirildi: 51 yaşayış evi zədələndi - 1 ölü, 4 yaralı var

609379

Sevastopola gecə saatlarında edilən hücum nəticəsində 51 yaşayış evi zədələnib.

Bizim.Media xəbər verir ki, bu barədə şəhərin qubernatoru Mixail Razvojayev məlumat yayıb.

Onun sözlərinə görə, hücum zamanı 34 çoxmənzilli bina və 17 fərdi yaşayış evi zərər görüb.
 

Razvojayev bildirib ki, gecə ərzində hava hücumundan müdafiə qüvvələri şəhər üzərində 71 hava hədəfini vurub.


Məlumata görə, hücum nəticəsində 1 nəfər ölüb, daha 4 nəfər yaralanıb.

Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO