Kolumbiyada Panamerika magistralında törədilən partlayış nəticəsində 14 nəfər həlak olub, 20-dən çox insan yaralanıb.
Bizim.Media xəbər verir ki, güclü partlayış Kaxibio bələdiyyəsi ərazisindən keçən magistralda baş verib.
“El País” qəzetinin məlumatına görə, hücum zamanı sərnişin avtobusu və yaxınlıqda olan onlarla avtomobil sıradan çıxıb. Bildirilir ki, cinayətkarlar magistral yolla hərəkət edən sərnişin avtobusuna partlayıcı qurğu atıblar.
Kolumbiya Prezidenti Qustavo Petro hadisəyə görə “Marlon” ləqəbli silahlının rəhbərlik etdiyi qruplaşmanı ittiham edib.
Dövlət başçısı qruplaşma üzvlərini terrorçu, faşist və narkotik tacirləri adlandırıb, onların dünyanın hər yerində təqib olunmasına çağırıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bizim.Media





































































































