Orban ona təklif edilən VƏZİFƏDƏN imtina etdi

Orban ona təklif edilən VƏZİFƏDƏN imtina etdi

Hazırda oxunan: Orban ona təklif edilən VƏZİFƏDƏN imtina etdi
609341
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Macarıstanın Baş naziri Viktor Orban ölkə parlamentindəki deputat mandatından imtina etdiyini, lakin müxalifətə keçən "FİDES — Macar Vətəndaş Birliyi" partiyasının lideri olaraq qalacağını elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"FİDES və Xristian-Demokrat Xalq Partiyasından ibarət koalisiyanın siyahısında birinci nömrə olaraq aldığım mandat, faktiki olaraq FİDES-in parlament mandatıdır, buna görə də ondan imtina etmək qərarına gəldim", — deyə Macarıstan hökumətinin başçısı videomüraciətində bildirib.

Siyasətçinin sözlərinə görə, hazırda o, parlamentdə deyil, milli partiya hərəkatının yenidən təşkili üçün lazımdır.

Qeyd edək ki, aprelin 12-də Macarıstanda parlament seçkiləri keçirilib və ölkənin növbəti baş naziri "Tisa" partiyasından Peter Madyar seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO