“Azərbaycan haqqında möhtəşəm mahnım var. Bu günlərdə mahnını tamaşaçıların ixtiyarına verəcəyik. Layihə üzərində Ramil Qasımovla birgə çalışırıq. O, əsərlə tanış olanda mahnını neçə yaşımda yazdığım barədə soruşdu. Biləndə ki, onu 25 yaşımda yazmışam, çox təəccüb etdi. Tanrıma şükür edirəm ki, mənə bu cür istedad verib”x9d.



Daha sonra əməkdar artist qeyri-adi geyimlərindən bəhs edib: “Mən tay-keş ayaqqabı geyinəndə çoxları mənə istehza etdi. “Bu şəhərdə”x9dnın aktyorları Rafael və Coşqun məni yamsıladı, mətbuatda haqqımda olmazın sözlər yazıldı. Lakin bu günlərdə eşitdiyim məlumata görə, məndən sonra ABş-ın prezidenti Barak Obamanın xanımı tay-keş ayaqqabı ilə idman zalına gedib. Bu da onu göstərir ki, Elza heç vaxt səhv etmir”x9d.

Elza Seyidcahan təyyarədə keçirəcəyi konsert haqqında da danışıb: “Türkiyədə mənim bu layihəmi eşidib çox bəyəndilər. Hər kəs həmin konsertin nə zaman keçiriləcəyi barədə maraqlanır. İnşallah, ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarından sonra bu layihəmi də həyata keçirəcəm”x9d.
Xatırladaq ki, ötən ay əməkdar artist Elsa Seyidcahan xa0Bakı-İstanbul reysində konsert verəcəyi barədə açıqlama vermişdi. AZAL-ın o vaxtkı xidmət rəisi Məhərrəm Səfərli bildirmişdi ki, bu cür konsertin təyyarədə keçirilməsi qeyri-realdır və təyyarədəki insanların təhlükəsizliyi baxımından qadağandır. AZAL rəsmisinin sözlərinə görə, müğənni Elza Seyidcahan yalnız 200 sərnişinə Bakı”“İstanbul”“Bakı reysi ilə bilet alıb, təyyarənin icarə haqqını ödədikdən sonra konsert verə bilər. Müğənni isə buna cavab olaraq tələb olunan məsrəfi ödəyəcəyini demişdi.




































































































