Hotel saniyələr içində yerlə-yeksan oldu - VİDEO

Hotel saniyələr içində yerlə-yeksan oldu - VİDEO

Hazırda oxunan: Hotel saniyələr içində yerlə-yeksan oldu - VİDEO

621445

Venesuelanın La Quayra ştatında yerləşən məşhur "Eduard" hoteli güclü zəlzələ nəticəsində tamamilə dağılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb. Məlumata görə, çoxmərtəbəli binanın böyük hissəsi çöküb, tikilidən yalnız giriş bölməsi salamat qalıb.
 

Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges bildirib ki, La Quayra ştatında ümumilikdə 15-ə yaxın bina dağılıb. Onun sözlərinə görə, yeraltı təkanlardan ən çox zərər görən bölgə də məhz bu ərazi olub.


Xatırladaq ki, çərşənbə günü axşam saatlarında ölkədə ardıcıl olaraq 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ qeydə alınıb. Episentrlər Yaraki ştatında yerləşib və bir-birindən təxminən 10 kilometr məsafədə olub.

Venesuela prezidentinin xüsusi nümayəndəsi Delsi Rodrigesin açıqlamasına əsasən, təbii fəlakət nəticəsində azı 32 nəfər həlak olub, 700 nəfər xəsarət alıb. Bundan başqa, onlarla yaşayış və inzibati bina tamamilə yararsız vəziyyətə düşüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO