“Bizim müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə ənənəvi əlaqələrimiz var və bunların hamısı davam edəcək”.
Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Azərbaycan dövlət başçısı İlham Əliyevlə görüşdə bildirib.
MÖVZU İLƏ BAĞLI:
Prezident Astana Zirvə Toplantısının qəbulunda iştirak edib
“Biz Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin adını daşıyan küçənin paytaxtımızda daha görkəmli yerə köçürməyin vacibliyindən danışmışıq. Belə bir yer müəyyənləşdirilmişdir. Mən onu bəyənmişəm. Bu, sadəcə, vaxt məsələsidir”,- Tokayev qeyd edib.
Bizim.Media