Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının inşasının müzakirə edilməsi üçün Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin görüşünün vaxtı məlum olub.
Bizim.Media-nın xəbərinə görə, bu barədə ''RBK'' məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Moskva razlaşmasına görə çəkiləcək dəmir yolu xətti belə olacaq - FOTO
Məlumata görə, görüş yanvarın 27-də Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək.
Danışıqlarda Azərbaycan tərəfindən Şahin Mustafayev, Rusiyadan Aleksey Overçuk, Ermənistandan isə Mqer Qriqoryan iştirak edəcəklər.
Qeyd edək ki, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün yekunları ilə bağlı Baş nazirlərin müavinlərindən ibarət üçtərəfli işçi qrupun yaradılması qərarı verilib.
Bizim.Media