Avropa İttifaqı rəsmisi:

Avropa İttifaqı rəsmisi: "Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır"

Hazırda oxunan: Avropa İttifaqı rəsmisi: "Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır"
65380
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə maraqlı fikirlər səsləndirib.

Bizim.Media xəbər verir ki, o, Azərbaycanla qurum arasında güclü tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirərək bu münasibətlərin çox geniş gündəliyə malik olduğunu, iqtisadiyyat, texnologiyalar və innovasiyalar, ticarət, enerji və digər sahələri əhatə etdiyini söyləyib.

Baş katibin müavini Avropa İttifaqının regionun sabit, təhlükəsiz inkişafında maraqlı olduğunü, Aİ-nin bu istiqamətdə bütün addımları dəstəkləməyə, regional əməkdaşlıq səylərində iştirak etməyə hazır olduğunu qeyd edib.

E.Mora həmçinin Azərbaycanın "Şərq Tərəfdaşlığı" Proqramında Aİ-nin önəmli tərəfdaşı olduğunu, Azərbaycanın regional təhlükəsizlik və sabitliyə böyük töhfə verdiyini bildirib.

O, Aİ-nin ölkəmizlə bağlantılar, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın böyük potensiala malik olduğunu vurğulayıb.

Baş katibin müavini Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu və bu xüsusda, enerji sahəsində əməkdaşlığın vacibliyinidə vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO