Sibiqa Azərbaycana təşəkkür etdi – FOTO

Sibiqa Azərbaycana təşəkkür etdi – FOTO

Hazırda oxunan: Sibiqa Azərbaycana təşəkkür etdi – FOTO

640928

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ukraynaya növbəti humanitar yardım partiyasına görə Azərbaycana təşəkkür edib.

Bizim.Media xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Onun sözlərinə görə, Ukrayna Azərbaycanın həmrəyliyini və əməli dəstəyini dərindən dəyərləndirir.

"Həyati əhəmiyyətli enerji avadanlıqlarının növbəti partiyası Azərbaycandan Ukraynaya göndərilir. Bura istilik mövsümü ərəfəsində enerji sistemimizin dayanıqlığını gücləndirməyə kömək edəcək güclü transformatorlar, 186 km elektrik kabelləri və digər avadanlıqlar daxildir", - diplomat yazıb.

O həmçinin Ukraynaya dəstəyə görə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova və Azərbaycan xalqına minnətdarlığını bildirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO