
- A-
- A
- A+
Valideynlərə uşaqlarına dərs zamanı yemək sifariş etməmək qadağası qoyuldu
Kanadada məktəblilər dərs zamanı birbaşa sinif otağına fastfud sifariş edirlər.
Bizim.Media xəbər verir ki, Kanadanın Kalqari şəhərində yerləşən St. Francis orta məktəbinin rəhbərliyi valideynlərdən uşaqlarını dərs vaxtı Uber Eats və DoorDash vasitəsilə yemək sifariş etməkdən çəkindirmələrini xahiş edib.
Məktəb rəhbərliyi hesab edir ki, kuryerlərin məktəbə gəlməsi şagirdlərin diqqətini dərsdən yayındırır, ərazidə tanımadıqları şəxslərlə görüşmələri isə təhlükəsizlik baxımından risk yaradır.
Müəllimlərdən biri bildirib ki, hətta bir kuryer sifarişi birbaşa sinif otağının pəncərəsindən şagirdə verməyə cəhd edib.
Problemin digər təhsil müəssisələrində də yaşandığı bildirilir. Belə ki, ibtidai məktəblərdən birində hər gün 30-dək valideyn uşaqlarına yemək gətirir və ya çatdırılma sifariş edir.
Şagirdlərin özləri isə bunu ciddi problem hesab etmirlər. Onlar etiraf edirlər ki, bəzən sifarişlərini götürmək üçün tualetə getmək bəhanəsi ilə dərsdən çıxırlar. Bununla yanaşı, qadağaya effektiv nəzarət edilməsinin mümkünlüyünə şübhə ilə yanaşırlar.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































