İlham Əliyev: “Azərbaycan ABŞ ilə əlaqələrin inkişafında maraqlıdır"

İlham Əliyev: “Azərbaycan ABŞ ilə əlaqələrin inkişafında maraqlıdır"

Hazırda oxunan: İlham Əliyev: “Azərbaycan ABŞ ilə əlaqələrin inkişafında maraqlıdır"
649123
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyev 2026-cı ilin Azərbaycan-ABŞ münasibətləri baxımından tarixi əhəmiyyət kəsb etdiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullin ilə görüşü zamanı danışıb.
 

Dövlət başçısı ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfərinin və səfər çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasının ikitərəfli münasibətlərin genişlənməsinə mühüm töhfə verdiyini qeyd edib.


İlham Əliyev Azərbaycan-ABŞ münasibətlərinin ən yüksək səviyyəyə çatmasında və regionda sülhün təmin olunmasında ABŞ Prezidenti Donald Trampın səylərini yüksək qiymətləndirib. O, Azərbaycanın da ABŞ ilə əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb.

2025-ci ilin avqustunda keçirilən Vaşinqton Sammitinə toxunan dövlət başçısı regionda yeni vəziyyətin yarandığını və artıq bir ildən çoxdur ki, sülh şəraitində yaşadığımızı bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO