Azərbaycanlı müğənni Rusiyanın məşhur musiqi layihəsində

Azərbaycanlı müğənni Rusiyanın məşhur musiqi layihəsində

Hazırda oxunan: Azərbaycanlı müğənni Rusiyanın məşhur musiqi layihəsində
0:00 / 0:00
649101
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanlı müğənni və prodüser Bəxtiyar Əliyev (Bahh Tee) Rusiyada yenidən yayımlanacaq “Ulduzlar fabriki” layihəsinin kastinq mərhələsində münsiflər heyətinin üzvü olub.

Bizim.Media xəbər verir ki, sənətçi 2026-cı ilin oktyabrında sosial şəbəkə hesablarında yeni mövsümün iştirakçılarının seçimində münsif kimi iştirak edəcəyini açıqlayıb.

38 yaşlı müğənni layihəyə bu dəfə iştirakçı kimi deyil, münsiflər masası arxasında əyləşərək qoşulduğunu bildirib.

Bəxtiyar Əliyevin sözlərinə görə, gənclik illərində “Ulduzlar fabriki”nin dördüncü mövsümünü izləməsi onu ilk mahnısını yazmağa və musiqi karyerasına başlamağa həvəsləndirib.

Qeyd edək ki, Bahh Tee solo ifaçılıq fəaliyyəti ilə yanaşı, Lotus Music və Zhara Music kimi musiqi leybllərinin yaradılması və prodüser fəaliyyəti ilə də tanınır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO