Azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu - Ailəsi ilə birgə olub

Azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu - Ailəsi ilə birgə olub

Hazırda oxunan: Azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu - Ailəsi ilə birgə olub
649109
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində silahlı insident baş verib.

Bizim.Media xəbər verir ki, azərbaycanlı iş adamı Duriç Hacıyevin avtomobili atəşə tutulub.

Hadisə iş adamı azyaşlı övladları ilə birlikdə evə qayıdarkən baş verib. İnsident nəticəsində xəsarət alan olmayıb.

Silahlı hücumun maliyyə mübahisəsi zəminində baş verdiyi ehtimal edilir.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə əlaqədar bir nəfər saxlanılıb. Həmin şəxs ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhddə iştirak etməkdə ittiham olunur.

Hadisə ilə əlaqəsi olduğu bildirilən ikinci şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO