
- A-
- A
- A+
Kipr casusluq şübhəsi ilə iki rusiyalı diplomatı ölkədən çıxardı
Casusluqda şübhəli bilinən iki rusiyalı diplomat Kiprdən deportasiya edilib.
Bizim.Media xəbər verir ki, bu məlumatı Kiprin iki rəsmi şəxsi “Politico” nəşrinə təsdiqləyib.
Onların sözlərinə görə, ölkənin xüsusi xidmət orqanları Kiprin və Avropa İttifaqının təhlükəsizliyi ilə bağlı məxfi məlumatları, xüsusilə də Avropa sanksiyalarına əsasən Rusiyaya ötürülməsi qadağan edilən texnologiyalar barədə məlumatları əldə etməyə çalışan şəbəkəni ifşa edib.
Qeyd olunur ki, Rusiya kəşfiyyatına diplomatik örtük altında işləməkdə şübhəli bilinən iki diplomat ötən həftə Kipri tərk edib.
Ukrayna Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Avropa ölkələri diplomatik nümayəndəliklərdə çalışan 700-dən çox rusiyalı rəsmini ölkədən çıxarıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































