Xaçmaz-Quba yolunda bir ailənin 5 üzvü qəzaya uğradı - Foto

Xaçmaz-Quba yolunda bir ailənin 5 üzvü qəzaya uğradı - Foto

Hazırda oxunan: Xaçmaz-Quba yolunda bir ailənin 5 üzvü qəzaya uğradı - Foto
649143
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 22-də gecə saatlarında Xaçmaz-Quba avtomobil yolunun Xaçmaz rayonunun Armudpadar kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Bizim.Media xəbər verir ki, QAZ-3110 və VAZ-21099 markalı avtomobillərin toqquşması nəticəsində VAZ-21099-da olan sürücü və altı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 

Məlumata görə, xəsarət alanlar Xaçmaz rayonunun Əbilyataq kənd sakinləri, bir ailənin üzvləri – ata, ana və onların dörd qız övladıdır. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


Azyaşlılardan birinin vəziyyəti ağır qiymətləndirilir. Hazırda həkimlər onun həyatını xilas etmək üçün zəruri tibbi tədbirləri davam etdirirlər.
 
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Xaçmaz-Quba yolunda bir ailənin 5 üzvü qəzaya uğradı - Foto - foto 1
Xaçmaz-Quba yolunda bir ailənin 5 üzvü qəzaya uğradı - Foto - foto 2

 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO