Fazil Mustafa: "109 məhkəmə hakimindən cəmi 6-sı qadındır, bu, çox aşağı göstəricidir"

Fazil Mustafa: "109 məhkəmə hakimindən cəmi 6-sı qadındır, bu, çox aşağı göstəricidir"

Hazırda oxunan: Fazil Mustafa: "109 məhkəmə hakimindən cəmi 6-sı qadındır, bu, çox aşağı göstəricidir"

615487

"109 məhkəmə hakimindən 6-sı qadındır. Bu, çox aşağı səviyyədə təmsilçilikdir".

Bizim.Media xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentin bugünkü plenar iclasında, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.

Deputat məhkəmə sistemində qadınların rolunun artırılmasının vacibliyini vurğulayaraq, onların peşəkarlığına diqqət çəkib:

"Məhkəmə Kollegiyası sədrlərindən olan 26 nəfərdən cəmi 3-ü qadındır. Qadınların məhkəmə hakimləri kimi istedadı və çalışqanlığı bir çox hallarda kişilərdən daha üstün səviyyədə olur. Ona görə də bu imkanlar ilk növbədə dövlət tərəfindən artırılmalıdır".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO