BMT Baş katibinin müavini Azərbaycana TƏŞƏKKÜR ETDİ

BMT Baş katibinin müavini Azərbaycana TƏŞƏKKÜR ETDİ

Hazırda oxunan: BMT Baş katibinin müavini Azərbaycana TƏŞƏKKÜR ETDİ

614800

“WUF13-ü yüksək səviyyədə keçirdiklərinə görə Azərbaycan hökumətinə və xalqına görə təşəkkür edirəm”.

Bizim.Media xəbər verir ki, bunu BMT Baş katibinin müavini Əminə Məhəmməd Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimində çıxışında deyib.
 

Baş katibin müavini qeyd edib ki, Qarabağ və digər ərazilərdə aparılan yenidənqurma işləri, icmaların reinteqrasiyası, infrastrukturun və sülhün bərpası həmin ərazilərin sosial həmrəylik, mədəni inkişaf və iqtisadi artım mərkəzlərinə çevrilməsinə xidmət edir.


O vurğulayıb ki, iqlim dəyişiklikləri və urbanizasiya təzyiqləri dünyada təsirlərini daha da artırır.

BMT rəsmisi həmçinin UN-Habitat və BMT sisteminin əməkdaşlarına forumun uğurla keçirilməsində göstərdikləri peşəkarlığa və fədakarlığa görə təşəkkür edib.

O əlavə edib ki, bu gün bəşəriyyətin böyük hissəsi şəhərlərdə yaşayır və şəhərlər insanların həyat reallıqları əsasında formalaşdırılmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO