Rusiya XİN: Lavrov və Van İ Ukrayna məsələsində

Rusiya XİN: Lavrov və Van İ Ukrayna məsələsində "Çin Planı"nı müzakirə etməyiblər

Hazırda oxunan: Rusiya XİN: Lavrov və Van İ Ukrayna məsələsində "Çin Planı"nı müzakirə etməyiblər

602524

Rusiya xarici işlər naziri Sergey Lavrov və Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Van İ ukrayna münaqişəsi ətrafındakı “Çin planı”nı müzakirə etməyiblər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində bildirilib.

“Bəzi Qərb siyasətçiləri və media həmişə olduğu kimi, real mənzərəni təhrif edirlər. Həqiqətən, Lavrovun ÇKP Mərkəzi Komitəsinin Xarici İşlər üzrə Komissiyasının Kanslerinin rəhbəri Van ilə apardığı danışıqlar zamanı Ukrayna ətrafındakı vəziyyətin müzakirəsi vacib yer tutdu. Çinli tərəfdaşlar bizi Ukrayna böhranının səbəbləri və onun siyasi həllinə yanaşmalar barədə mülahizələri ilə tanış etdilər. Hər hansı bir "plan" haqqında söhbət olmayıb”, - deyə diplomat qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO