İlham Əliyev:

İlham Əliyev: "Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var"

Hazırda oxunan: İlham Əliyev: "Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var"

0:00
0:00
58682

"Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib".

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışı zamanı bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Avropa İttifaqının komissarı ilə nəyi müzakirə etdi? - YENİLƏNİB/VİDEO


Dövlət başçısı qeyd edib ki, keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib:

"Bunun 8,5 milyard kubmetri Türkiyəyə, təxminən 7 milyard kubmetri İtaliyaya, yerdə qalanı isə Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub.

Bugünkü iclasda keçən illə müqayisədə daha çox sayda ölkə və şirkətlər iştirak edir. Yeni iştirakçılarımız var və bu da onu göstərir ki, yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq, çünki Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO