Sülhəddin Əkbər kütləvi aksiyalara ehtiyac görür, amma...

Sülhəddin Əkbər kütləvi aksiyalara ehtiyac görür, amma...

Hazırda oxunan: Sülhəddin Əkbər kütləvi aksiyalara ehtiyac görür, amma...

57051
İndiki şəraitdə müxalifətt qüvvələrinin keçirəcəyi aksiyaların effektliyi barədə nəsə demək çətindir. 

Bunu Moderator.az-a açıqlamasında Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib.
 
Onun sözlərinə görə, bu gün siyasi aksiyaların keçirilməsi və onun effektivliyi ilə bağlı məsələyə ancaq ona qərar verən  qüvvələr  tərəfdən daha dəqiq cavab verilə bilər:

 “Kütləvi aksiyaların keçirilməsi ilə bağlı  qərar verən siyasi qüvvə ölkədəki ictimia-siyasi durumu təhlil edib, nəticə çıxardıqdan sonra bu addımı atır. Bu baxımdan mən bu aksiya haqqında  uzaqgörən fikir bildirmək niyyətində deyiləm. Amma bununla belə cəmiyyətdəki əhval-ruhiyəyə, eyni zamanda yaranmış  durum  kütləvi etiraz  tədbirlərinin  keçirilməsini tələb edir. Xüsusən də insan haqları, demokratiya sahəsində yaranmış vəziyyət bunu vacib edən amillərdəndir. Digər tərəfdən də xalqın laqeydliyi sosial tələbatın olmadığını göstərir. Bu baxımdan düşünürəm ki, aksiyaların keçirilməsi lazımdır, amma bu  nə dərəcədə effekt verib-verməyəcək, bax,  bu məsələdə şübhəliyəm.”

Cəmiyyətin  sosial problemlərin məngənəsində boğulduğu, bir yandan da insan haqlarının, demokratik durumun məhdudlaşdırıldığı bir məqamda  yaranmış duruma adekvat reaksiya verə bilməməsinin səbəbinə  gəldikdə isə S. Əkbər bildirdi ki, bunun başlıca səbəbi Azərbaycan xalqının sovet dövründə olduğu kimi siyasətdən uzqlaşdırılmasıdir:
 
“Bu cür sonluq cəmiyyətdə laqeydliyin dərin kök salmasıdır. Bu gün parodoksal bir vəziyyət yaranıb. Bir tərəfdən vəziyyət günü-gündən çətinləşir, narazılıq artır, digər tərəfdən də buna paralel olaraq laqeydlik də güclənir. Nəticədə cəmiyyət yaranmış duruma adekvat reaksiya verə bilmir. Digər əsas başlıca səbəblərdən biri də Azərbaycan müxalifətinin xalqdan  ayrılması, xalqı təşkil edib müətşəkkil qüvvəyə çevirib arxasınca apara bilməməsidir. Yəni narazı qüvvələrin mütəşəkkil etirazını  təşkil edə bilməməsidir.  Daha bir amil isə  hakimiyyətin apardığı repressiv siyasətdir ki, müxalifət və cəmiyyət də bundan qorxur. Necə deyərlər, Azərbaycan cəmiyyəti bu gün sovet dövründə  olduğu kimi idarə olunur.”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO