Rusiya Rumıniya səfirliyinin əməkdaşını

Rusiya Rumıniya səfirliyinin əməkdaşını "persona non qrata" elan etdi

Hazırda oxunan: Rusiya Rumıniya səfirliyinin əməkdaşını "persona non qrata" elan etdi
633325
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Rumıniyanın Moskvadakı səfirliyinin əməkdaşını "persona non qrata" elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya bu addımı Buxarestin rusiyalı diplomata qarşı analoji qərarına cavab olaraq atıb.
 

Qurumun məlumatına görə, avqustun 27-də Rumıniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Liliana Burda Rusiya XİN-in Dövlət Protokolu Departamentinə çağırılıb və ona müvafiq nota təqdim edilib.


Daha əvvəl Rumıniya tərəfi Rusiya səfirinə verbal nota təqdim edərək bu ölkənin Buxarestdəki diplomatik missiyasının əməkdaşlarından birinin arzuolunmaz şəxs hesab edilməsi barədə xəbərdarlıq etmişdi.

Diplomata beş gün ərzində Rumıniya ərazisini tərk etmək tapşırılmışdı.

Görüş zamanı Rumıniya tərəfi ölkə ərazisində məhv edilmiş dronun fraqmentlərini də təqdim edib. Prokurorluğun apardığı araşdırmaya əsasən, onun komponentləri Rusiya mənşəlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO