Zəngəzur dəhlizi Britaniya üçün niyə önəmlidir? – ŞƏRH 

Hazırda oxunan: Zəngəzur dəhlizi Britaniya üçün niyə önəmlidir? – ŞƏRH 

55701

Ötən günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı baş tutub.

Belə ki, Türkiyə mətbuatının informasiyasına görə, danışıqlar prosesində iki ölkə arasında əməkdaşlıq, Suriya və Cənubi Qafqazdakı vəziyyətin müzakirə olunduğu qeyd olunub.

Ümumilikdə, bu müzakirələr 44 günlük Vətən müharibəsinin başa çatmasından bəri gündəmdə olan Britaniyanın Zəngəzur dəhlizinə marağı məsələsini yenidən aktuallaşdırıb.

Bəs, Britaniyanın Zəngəzur dəhlizinin açılmasında marağı nədən ibarətdir?
 

MÖVZU İLƏ BAĞLI:

Zəngəzur dəhlizini KİM VƏ NƏ VAXT inşa edəcək? – DETALLAR 


Bu sualı Bizim.Media üçün cavablandıran politoloq Yeganə Hacıyeva, ilk növbədə Britaniya-Türkiyə əlaqələrinin inkişaf xəttindən bəhs edib:

“Avropa İttifaqından çıxdıqdan sonra Böyük Britaniya Avrasiyada qüvvələr balansında öz mövqeyini möhkəmlədirmək siyasətini aktiv şəkildə həyata keçirməyə başladı və onun bu məsələdə ən güvənli tərəfdaşı Türkiyədir. Bu tərərfdaşlıq hələ 2000-ci illərdən, hələ Böyük Britaniya Avropa İttifaqının üzvü olduğu, Türkiyə də Aİ-yə üzvlüyün prioritet olaraq gördüyü zamanlarda başlamışdı. Bu prosesin hüquqi əsası kimi 2007-ci ilin oktyabrında Türkiyə və Böyük Britaniya iki ölkə arasında strateji tərəfdaşlıq haqqında saziş imzaladılar. Saziş Türkiyədə Britaniya təhsil, mədəniyyət və ticarət əməkdaşlığının inkişafı, enerji sektorunda əməkdaşlıq və regional enerji mərkəzinin yaradılması və s. kimi məsələləri əhatə edirdi.

Ancaq heç şübhəsiz ki, bu sazişin nüvəsi Türkiyə və Böyük Britaniyanın bir neçə region üzrə ümumi maraqlara xidmət edəcək sənaye zonalarının birgə formalaşdırılmasını nəzərdə tutan məqam idi”.


Daha sonra isə, politoloq regionda əsas qüvvənin Rusiya olmadığına və Britaniyanın möhkəmlənməsinin müsbət tərəflərini şərh edib:

“44 günlük Vətən müharibəsindən sonra isə Cənubi Qafqazın geosiyasi məkanının yenidən formalaşdırılması, Cənubi Qafqazın regional təhlükəsizlik arxitekturası prosesi həlledici mərhələyə qədəm qoydu. İlk baxışdan Rusiya müharibənin dayandırılması ilə bölgəyə sülhməramlılarını yerləşdirməklə üstünlüyə malik tərəf kimi görünür.
 

Amma bölgənin coğrafi, iqtisadi, hərbi-strateji və hətta siyasi balansında mövqelərin analizi onu göstərir ki, bu belə deyil.


Çox geniş şərh vermədən Zəngəzur dəhlizinin açılmasında Böyük Britaniyanın maraqlarını məhz bu baxımdan şərh etmək, öz mövqelərin qorunmasında daha təşəbbüskar görünməsində axtarmaq lazımdır. Böyük Britaniyanın Cənubi Qafqazda mövcudluğu və mövqelərinin möhkəmlənməsi, ümumilikdə, regionun sülh və stabiliyyinə töhfə verən məqamlardandır”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO