“Qarabağda yaşayan ermənilər gec-tez öz talelərini müəyyənləşdirməli olacaq” – Baş nazir

“Qarabağda yaşayan ermənilər gec-tez öz talelərini müəyyənləşdirməli olacaq” – Baş nazir

Hazırda oxunan: “Qarabağda yaşayan ermənilər gec-tez öz talelərini müəyyənləşdirməli olacaq” – Baş nazir

52056

"Prezident İlham Əliyev qətiyyətlə bəyan etdiyi “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” həqiqətini reallığa çevirdi, nəinki işğalçıların “bufer zona” kimi qələmə verdikləri yeddi rayon, özü də onların üçü bir güllə atılmadan işğaldan azad olundu, Hadrut və Şuşa da ətraf əraziləri ilə birlikdə düşməndən təmizləndi.

Bu gün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındakı ərazilərdə yaşayan ermənilər isə gec-tez öz gələcək talelərini müəyyənləşdirməli olacaqlar".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Baş nazir iclas keçirdi - YENİ QƏRAR VERİLDİ - FOTO


"Hazırda dövlətimizin başçısının və onun rəhbərliyi ilə hökumətimizin diqqəti işğaldan azad olunmuş ərazilərin dirçəldilməsinə, bərpa-quruculuq işlərinin sürətlə aparılmasına yönəlsə də, sosial-iqtisadi inkişaf tədbirləri, ümumiyyətlə, respublikanın hər yerində eyni templə davam etdirilir. “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 2021-ci il 7 iyul tarixli Prezident fərmanı tarixi Zəfərdən sonra ölkəmizin həyatında başlayan yeni mərhələdə şəhər və rayonlarımızın davamlı və tarazlı inkişafını nəzərdə tutur. 

Bu tarixi fərman özünün iqtisadi mənası ilə bərabər, böyük siyasi əhəmiyyətə də malikdir. Belə ki, hazırda ermənilərin yaşadıqları ərazilərin bilavasitə Azərbaycanın iqtisadi rayonları tərkibində təsbit edilməsi bədnam “status” nisgili ilə yaşayanlara siyasi-hüquqi cəhətdən sərt və qətiyyətli cavabdırsa, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması Azərbaycanın tarixi, əzəli torpağı olan Zəngəzur bölgəsinin vaxtilə Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsinə, böyük türk dünyasının coğrafi baxımdan parçalanmasına son qoymaq, tarixi ədaləti bərpa etmək addımı, “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də” deyən Prezident İlham Əliyevin yenilməz iradəsinin və qətiyyətinin ifadəsidir", - deyə Baş nazir əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO