Zelenski İlham Əliyevi Ukraynaya səfərə dəvət etdi

Zelenski İlham Əliyevi Ukraynaya səfərə dəvət etdi

Hazırda oxunan: Zelenski İlham Əliyevi Ukraynaya səfərə dəvət etdi

50846

"İki il bundan əvvəl Azərbaycandakı görüşümüzlə bağlı çox yaxşı xatirələrim var. Azərbaycan çox qonaqpərvər ölkədir".

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevdən Qarabağın statusu məsələsinə SON NÖQTƏ: “Daha müzakirə edilməyəcək”


"Fürsətdən istifadə edərək Sizi Ukraynaya səfərə dəvət edirəm. Ümid edirdim ki, Siz bizim müstəqilliyimizin 30-cu ildönümündə ölkəmizə səfər edəcəkdiniz, lakin COVID-ə görə bu günlərdə dünyada vəziyyətin çətin olduğunu da başa düşürəm. Lakin müstəqilliyin 30-cu ildönümü bütün il ərzində qeyd olunur - avqust ayından növbəti ilin avqust ayınadək. Buna görə ümid edirəm ki, Siz imkan tapıb Ukraynaya gələcəksiniz və biz Sizin səfərinizi səbirsizliklə gözləyəcəyik", - o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO