"Bizim insanlara kinimiz yoxdur" - Ərdoğan

Hazırda oxunan: "Bizim insanlara kinimiz yoxdur" - Ərdoğan

4892

“Əgər bu mövzuda müsbət addım atıldığı təqdirdə biz də bağlı qapıları açarıq. Yetər ki, bu müsbət addımlar atılmış olsun. Bizim "qapılarımızı Ermənistana bağlayaq" deyə bir dərdimiz yoxdur".

"Biz sülhün göyərçinləri olmaq istəyirik. Bizim Ermənistan xalqına qarşı kinimiz yoxdur. Bizim problemimiz Ermənistanın rəhbərliyi ilədir”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Mənim ölkəmdə 100 min erməni vətəndaşım var. Bunların içində vətəndaşlıq haqqını əldə edən var, əldə etməyən də var. Ancaq onları da ölkəmizdə qonaq edirik. Niyə? Bizim insanlara kinimiz yoxdur”, - o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO