Xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı David Zalkalianiyə zəng edib.
Bizim.Media xəbər verir ki, bu barədə nazir Ceyhun Bayramov "Twitter" hesabında paylaşım edib.
O, Gürcüstan XİN başçısına Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə münasibəti ilə təbrikinə görə təşəkkür edib.
"Səmimi təbriklərə və ən xoş arzulara görə təşəkkürlər, əziz David Zalkaliani", - deyə Ceyhun Bayramov qeyd edib.
Bizim.Media
On the occasion of the 30th anniversary of the Restoration of Independence of our strategic partner ??, I extend my heartfelt congratulations and sincerely wish success and prosperity to the friendly people of ??. @bayramov_jeyhun
— David Zalkaliani (@DZalkaliani) October 18, 2021