XİN: “Ermənistan bölgədə vəziyyəti gərginləşdirməyə çalışır”

Hazırda oxunan: XİN: “Ermənistan bölgədə vəziyyəti gərginləşdirməyə çalışır”

41643

Azərbaycanın Xarici İşlər Nazirliyi bu gün baş vermiş erməni təxribatı ilə bağlı açıqlama yayıb.

Bizim.Media xəbər verir ki, açıqlamada qeyd olunub ki, XİN bu terror-təxribat əməlini kəskin şəkildə qınayır:

“Ermənistanın dəstəklədiyi qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən bu təxribat Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərinin kobud pozulmasıdır və bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir.
 

MÖVZU İLƏ BAĞLI:

Müdafiə Nazirliyindən SƏRT XƏBƏRDARLIQ: Qanunsuz erməni silahlı dəstələri neytrallaşdırılacaq


Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirildiyi bir vaxtda erməni silahlı dəstələrinin törətdiyi bu təxribat Ermənistan tərəfinin revanşist mövqeyini nümayiş etdirməklə yanaşı, Rusiya sülhməramlılarının fəaliyyətinə əngəl törətmək cəhdlərini göstərir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO