Müdafiə Nazirliyindən SƏRT XƏBƏRDARLIQ: Qanunsuz erməni silahlı dəstələri neytrallaşdırılacaq

Hazırda oxunan: Müdafiə Nazirliyindən SƏRT XƏBƏRDARLIQ: Qanunsuz erməni silahlı dəstələri neytrallaşdırılacaq

41635

Azərbaycanın Müdafiə Nazirliyi bu gün baş vermiş təxribatla bağlı Ermənistana sərt xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olması ilə bağlı bildirilib ki, bu  terror əməlini törətmiş qanunsuz erməni silahlı dəstələrinin neytrallaşdırılması və qanun qarşısında cavab vermələrini təmin etmək üçün qəti addımlar bundan sonra da davam etdiriləcək. 

Həmçinin, baş verənlərin araşdırılması üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə sorğu göndərilib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Ordusu şəhid verdi – DÜŞMƏN TƏXRİBAT TÖRƏDİB


“Minskdə Rusiya Federasiyasının vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirildiyi vaxtda Ermənistanın dəstəklədiyi qanunsuz erməni hərbi dəstələri tərəfindən bu terror əməlinin törədilməsi məqsədyönlü təxribatdır.

Bu hal eyni zamanda Ermənistanın regionda vəziyyəti qəsdən gərginləşdirmək, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasına əngəl yaratmaq və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq siyasətinin növbəti sübutudur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO