Putin İlham Əliyevi təbrik etdi

Putin İlham Əliyevi təbrik etdi

Hazırda oxunan: Putin İlham Əliyevi təbrik etdi

35070
Rusiya prezidenti Vladimir Putin İlham Əliyevi seçkilərdə yenidən prezident seçilməyi, qazandığı qələbə münasibətilə təbrik edib. 
Moderator.az-ın  məlumatına görə, təbrik məktubunda V. Putin İlham Əliyev yenidən Azərbaycan prezidenti vəzifəsinə seçilməsi münasibətilə səmimi təbriklərini çatdirib: 
Hörmətli İlham Heydər oğlu!
Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Seçkilərdə inamlı qələbəniz Sizin yüksək siyasi nüfuzunuza, Sizin rəhbərliyinizlə həyata keçirilən, ölkənin sosial-iqtisadi inkişafına, onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyət xəttinin əhali tərəfindən fəal dəstəklənməsinə dəlalət edir.
Ümidvaram ki, Rusiya-Azərbaycan strateji tərəfdaşlığının güclənməsi, bütün sahələrdə qarşılıqlı faydalı ikitərəfli əlaqələrin genişləndirilməsi üzrə birgə işimizi davam etdirəcəyik. Bu, bizim dost xalqlarımızın mənafelərinə tam uyğundur, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi məcrasında baş verir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövlət başçısı kimi məsul fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Hörmətlə,
Vladimir Putin
Rusiya Federasiyasının Prezidenti
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO