Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Hazırda oxunan: Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

622279

Türkiyənin “Sözcü” qəzeti Azərbaycanın dəniz səviyyəsindən 2180 metr hündürlükdə yerləşən qədim Xınalıq kəndi haqqında maraqlı bir məqalə yayımlayıb.

Bizim.Media “metbuat.az”a istinadla xəbər verir ki, məqalədə UNESKO-nun Dünya Mirası Siyahısında yer alan bu unikal dağ kəndinin dünyada bənzəri olmayan dilindən və təcrid olunmuş coğrafi quruluşundan bəhs edilir.
 

Vurğulanır ki, min illərdir heç bir əlifbası və yazı sistemi olmayan Xınalıq dilini dünyada bu icmadan başqa heç bir topluluq başa düşmür. Yerli əhalinin köklərini Qafqaz Albaniyasına bağladığı və özlərini Nuh peyğəmbərin nəvələri hesab etdikləri diqqətə çatdırılır.


Yazıda həmçinin Xınalığın pilləli daş evlərdən ibarət sıradışı memarlıq üslubuna, çobanların köçəri həyat tərzinə və kəndin sərt iqlim şəraitinə də toxunulur. Aşağıdakı evin damının növbəti evin həyəti rolunu oynadığı bu maraqlı yaşayış məskəninin müasir dövrdə elektrik, rabitə və məktəb kimi infrastrukturla təmin edildiyi bildirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO