Özünü separatçı “Talış-Muğan Respublikası”nın “prezidenti”
elan etmiş Əlikram Hümbətov İrəvanda səfərdədir. ANS PRESS BBC-yə istinadən
xəbər verir ki, Əlikram Hümbətov İrəvan Dövlət Universitetinin İranşünaslıq
Kafedrasında talışsünaslıq üzrə magistr proqramının açılışında iştirak edib.
Kafedra müdiri Qarnik Asatryan qonağı Talış-Muğan
Respublikasının prezidenti kimi təqdim edib.
BBC-nin müxbiri İrəvandan xəbər verir ki, divara
naməlum bayraq vurulub, talış dilində oxunan himn çalınarkən hamı ayağa qalxıb
və Əlikram Hümbətovu əl çalaraq qarşılayıb. Daha sonra Qarnik Asatryan səslənən
musiqinin "Lənkəran himni" olduğunu deyib.
Əlikram Hümbətov BBC müxbirinin azərbaycanca sual
vermək cəhdini rədd edib. Professor Asatryan İrəvan Dövlət Universitetinin
İranşünaslıq Kafedrasında öz dövlətçiliyi olmayan Şərq xalqlarının tarixi,
mədəni irsinin öyrənilməsi üzrə tədqiqatlar aparıldığı haqqında məlumat verib.
O, son illər xüsusilə “talışsünaslıq” üzrə xeyli
iş görüldüyünü qeyd edib. İrəvan Dövlət Universiteti İranşünaslıq Kafedrasında
professor Qarnik Asatryanın rəhbərliyi altında “Talış xalqının tarixi və
mədəniyyəti müqəddiməsi” kitabı, rus dilində “Talış xalq nağılları” çap olunub,
talış əlifbası dərsliyi tərtib olunub və İslam Təhqiqatlar Mərkəzi və İmam Əli
Tehran Humanitar Təhqiqatlar Mərkəzi ilə birlikdə Müqəddəs Qurandan seçilmiş
ayələr talış dilinə tərcümə olunmaqdadır.
Əlikram Hümbətov talış xalqının irsinə diqqətə
görə təşəkkürünü bildirib. “Lragir.am” informasiya saytının məlumatına görə,
Ermənistana səfəri çərçivəsində Əlikram Hümbətovun Ermənistan ictimai, siyasi
və elmi dairələrinin nümayəndələri ilə görüşləri nəzərdə tutulur.
Bundan başqa, o, iki gün Dağlıq Qarabağda olacağı,
Stepanakert Universitetində çıxış edəcəyi planlaşdırılıb.
Əlikram Hümbətov Azərbaycan vətəndaşlığından
çıxarılıb və hazırda Hollandiyada yaşayır.

- A-
- A
- A+
Siyasət
09:54 / 25.09.2013
Əlikram Hümbətov İrəvanda azərbaycanca suala cavab verməkdən imtina etdi
Hazırda oxunan: Əlikram Hümbətov İrəvanda azərbaycanca suala cavab verməkdən imtina etdi
Hazırda oxunan: Əlikram Hümbətov İrəvanda azərbaycanca suala cavab verməkdən imtina etdi
34310
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.










































































































