Azərbaycan ordusunda siyasiləşmə meyllərinin özünü hiss etdirməsi hərbi ekspertlər tərəfindən də narahatlıqla qarşılanmaqdadır. Bu barədə Moderator.az saytının sualını cavablandıran “Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri Üzeyir Cəfərov vəziyyətin arzuedilməz olduğunu qeyd edib: “Şübhəsiz ki, orduda siyasiləşmə meyllərinin mövcudluğu inkaredilməzdir. Hesab edirəm ki, bu amil beynəlxalq təşkilatların da diqqət mərkəzində olacaq və gələcəkdə buna görə Azərbaycana təzyiq göstəriləcək. Bu səbəbdən də orduda siyasiləşmə prosesinin dayandırılması həm ordunun, həm də dövlətin maraqları baxımından önəmlidir”.
Seymur Əliyev











































































































