Siyasilərin Pənah Hüseynin açıqlamasına münasibəti

Siyasilərin Pənah Hüseynin açıqlamasına münasibəti

Hazırda oxunan: Siyasilərin Pənah Hüseynin açıqlamasına münasibəti

31268


Eks baş nazir, Azərbaycan Xalq partiyasının sədri Pənah Hüseyn mətbuata verdiyi son açıqlama zamanı Müsavat başqanı İsa Qəmbəri Əbülfəz Elçibəydən sonra demokratik düşərgənin şəksiz lideri adlandırıb. Mövzu ilə əlaqədar olaraq Moderator.az-ın sualını cavablandıran Klassik Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Mirmahmud Mirəlioğlu bunun Pənah bəyin şəxsi fikri olduğunu və bu fikrə hörmətlə yanaşdığını qeyd etdi. 
AXCP sədrinin müavinin Nurəddin Məmmədli mövzuya fərqli münasibət bildirdi: “Mən müxalifət daxili məsələlərə münasibət bildirmirəm biz bunları özümüz həll edəcəyik”
 Böyük Quruluş partiyasının sədri, Millət vəkil Fazil Mustafa bu fikri yanlış adlandırdı: “Ola bilər deyilsin ki,  İsa Qəmbər Milli Azadlıq Hərəkatının ən bariz lideridir. Amma demokratiya uğrunda mübarizədə İsa Qəmbərin liderliyi cəmiyyətin bütün üzvləri tərəfindən qəbul olunmayıb. Mən Pənah Hüseynin bu fikrini təəssübkeşi olduğu şəxsin mövqeyini təbliği  adlandırardım. Təbi ki İsa Qəmbərin Azərbaycan xalq hərəkatında rolu böyükdür. Onu da qeyd etmək istərdim ki, bu gün ki, ənənəvi müxalifətin demokratik çalarları xeyli məhduddur. 

Xəyal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO