“Sərhədlərin delimitasiyası üçün Avropanın ekspert yardımını göstərməyə hazırıq” - Şarl Mişel

Hazırda oxunan: “Sərhədlərin delimitasiyası üçün Avropanın ekspert yardımını göstərməyə hazırıq” - Şarl Mişel

29032

“Bu səfərdən öncə, bir neçə həftə əvvəl, bizim regional vəziyyətin təhlili ilə bağlı fikir mübadiləsi aparmaq üçün dəfələrlə telefon söhbətimiz oldu. Mən götürülmüş öhdəliklərə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Onlar atılan ilk addımlar oldu”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Bölgədə uzunmüddətli sülhün tərəfdarıyıq” - Şarl Mişel


Onun sözlərinə görə, bir tərəfdən mina xəritələrin olması və digər tərəfdən, mühüm məsələ hesab edilən məhbuslar məsələsidir:

“Birinci mərhələdə, bu, öz həllini tapdı. Ümid edirik ki, yaxın vaxtlarda qeyd edilən məsələ ilə bağlı digər mərhələlər də baş tutacaq. Eyni zamanda, müəyyən həll variantlarına nail olmaq üçün qalan məsələləri də böyük təfərrüatla müzakirə etmək imkanımız oldu və həmin variantlar dayanıqlı olmalıdır.

Mən Sizə bildirdim ki, Avropa İttifaqı müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə hazırdır.

Məsələn, sərhədlərin delimitasiyası məsələsidir və bunun üçün biz Avropanın ekspert yardımını göstərməyə, lazım olarsa və arzu edilərsə, Avropa monitorinqini etməyə hazırıq. Sərhədlərin delimitasiyasına gəldikdə, həmçinin mübahisə doğuran zonalara yaxın yerləşmiş silahlı qüvvələr məsələsi də var. Hesab edirəm ki, bu, mövzu da müzakirə edilməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO