ABŞ Kəşfiyyatının rəhbəri:

ABŞ Kəşfiyyatının rəhbəri: "Qarabağ münaqişəsi irimiqyaslı müharibəyə çevrilə bilər"

Hazırda oxunan: ABŞ Kəşfiyyatının rəhbəri: "Qarabağ münaqişəsi irimiqyaslı müharibəyə çevrilə bilər"

256861
Moderator.az “Amerikanın səsi”nə istinadənxa0 bir neçə saat əvəl xəbər vermişdi ki, ABŞ Milli Kəşfiyyatının direktoru Deniel Kouts, dünən-yanvarın 29-da ABŞ Senatının Kəşfiyyat Komitəsinə genişmiqyaslı hesabat təqdim edib. "Rusiya və onun qonşuları" hesabat bölməsində ABŞ kəşfiyyat xidmətinin Ukrayna haqqında xəbərlərini bu linkdən oxuya bilərsiniz : //www.moderator.az/news/256842.htmlxa0xa0

Eyni zamanda Azərbaycan da Rusiyanın qonşusu olduğundan ABŞ kəşfiyyatçılarının ölkəmiz haqqında hansı hesabatla çıxış etdiyi barədə məlumat əldə edib təqdim edəcəyimizi qeyd etmişdik. ABŞ kəşfiyyatının ölkəmiz haqqındaxa0 hesabatı barədə mətbuata verilən informasiya geniş olmasa da, məhz Qarabağ mövzusuna toxunduğuna görə diqqət çəkir.

Hesabatda deyilir:”Amerika Birləşmiş Ştatları hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi böyüyə bilər və hansısa formada konfliktə Rusiya da cəlb oluna bilər”, - ABŞ Konqresində çıxış edən ABŞ Milli Kəşfiyyat direktoru Deniel Kouts bildirib.

"Ermənistan və Azərbaycan arasındakı gərginlikxa0 geniş miqyaslıxa0 hərbi münaqişənin potensial qaynağı olaraq qalır ", - Koutsun Konqresə hesabatında deyilir.

Redaksiyadan: Ermənistanın baş naziri Nikol Paşinyan bu gün jurnalistlər qarşısında çıxış edərək“ərazi əvəzinə sülh” variantının müzakirə predmeti olmadığını deyib. Yəni, Paşinyan açıq şəkildə deyib ki, biz işğal etdiyimiz torpaqları geri qaytarmayacağıq. Elə isə, danışıqların predmeti nədir və biz hansı sülhə hazırlanırıq? Bu sual aktual olaraq qalır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO