Belarusun yeni səfiri Prezidentin QƏBULUNDA - FOTO/VİDEO

Belarusun yeni səfiri Prezidentin QƏBULUNDA - FOTO/VİDEO

Hazırda oxunan: Belarusun yeni səfiri Prezidentin QƏBULUNDA - FOTO/VİDEO
234532
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviçin etimadnaməsini qəbul edib.

Bizim.Media xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Xalqlarımız və ölkələrimiz arasında etimada əsaslanan dostluq əlaqələrinin mövcud olduğunu vurğulayan dövlət başçısı ikitərəfli münasibətlərimizin inkişafının məmnunluq doğurduğunu deyib, indi münasibətlərimizin keyfiyyətcə daha yeni səviyyəyə qalxdığını bildirib. Prezident İlham Əliyev hazırda iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu qeyd edərək bu istiqamətdə çoxlu layihələrin müzakirə olunduğunu deyib.

Dövlət başçısı Aleksandr Lukaşenko ilə mütəmadi əsasda olan təmaslarının önəminə toxunub, Belarus Prezidentinin ölkəmizə dövlət səfərini və COP29-da iştirakını xatırlayıb, bunların əməkdaşlığımızın genişlənməsinə xidmət etdiyini deyib. Həmin səfərlər zamanı müxtəlif istiqamətlərdə əməkdaşlıqla bağlı çox səmərəli danışıqların aparıldığını vurğulayan Prezident İlham Əliyev müzakirə olunan məsələlərin həyata keçirilməsi istiqamətində səyləri qeyd edib.

Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycana səfir təyin olunmasından şərəf hissi duyduğunu deyən Dmitri Pineviç ilk gündən ölkəmizdə gördüyü yüksək qonaqpərvərliyi və ona göstərilən diqqəti məmnunluqla vurğulayıb.

Səfir Azərbaycan və Belarus prezidentləri arasında olan münasibətlərin ikitərəfli əlaqələrimizin inkişafında xüsusi rolunu qeyd edib.

Münasibətlərimizin inkişafı istiqamətindəki işlərlə bağlı böyük məsuliyyət hissi daşıdığını deyən səfir Azərbaycan və Belarus arasında əlaqələrin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Söhbət zamanı ölkələrimiz arasında innovativ texnologiyalar, tibb, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, həmçinin humanitar və mədəni əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa-quruculuq işlərində Belarus şirkətlərinin iştirakı məsələsinə toxunulub.




Belarusun yeni səfiri Prezidentin QƏBULUNDA - FOTO/VİDEO - foto 1
Belarusun yeni səfiri Prezidentin QƏBULUNDA - FOTO/VİDEO - foto 2
Belarusun yeni səfiri Prezidentin QƏBULUNDA - FOTO/VİDEO - foto 3
Belarusun yeni səfiri Prezidentin QƏBULUNDA - FOTO/VİDEO - foto 4


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO