Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO

Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO

Hazırda oxunan: Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO
222793
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda abadlıq, əsaslı yenidənqurma, tikinti və genişləndirmə işlərindən sonra Mərkəzi Nəbatat Bağının açılışında iştirak ediblər.

Bizim.Media xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Mərkəzi Nəbatat Bağında yaradılan şəraitlə bağlı ətraflı məlumat verib.
 

Qeyd edək ki, dövlət başçısı Mərkəzi Nəbatat Bağında görülən işləri daim diqqət mərkəzində saxlayıb. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə - 2023-cü ilin iyul və bu ilin iyun ayında Mərkəzi Nəbatat Bağında görülən işlərlə tanış olmaları bunu bir daha təsdiq edir.


Bildirilib ki, əsaslı yenidənqurma və bərpa işləri nəticəsində Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 45 hektara çatdırılıb. Bağda giriş kompleksi yaradılıb, müasir tələblərə, tikinti normalarına cavab verən yeni oranjereyalar, fəvvarə inşa edilib, mövcud oranjereyalar əsaslı təmir edilib. Burada xarici ölkələrdən gətirilmiş xüsusi şəraitdə bəslənən müxtəlif növdə nadir dekorativ ağaclar, kol və güllər əkilib.

Bağın ərazisində bitkilərin yetişdirilməsi məqsədilə 3 bloklu istixana, göl kompleksi və baxış meydançası inşa edilib.

Məlumat verilib ki, bağın ərazisində dördmərtəbəli yeni inzibati bina inşa edilib, aypara formalı ikimərtəbəli qədim inzibati binada isə əsaslı təmir-bərpa işləri aparılıb. Nəbatat Bağında piyadalar üçün 650 metr uzunluğunda müasir körpü tikilib və lift quraşdırılıb. Bağın ərazisində iki restoran fəaliyyət göstərəcək. Həmçinin bağda labirint formalı yaşıllıq zonası ilə yanaşı, uşaq-əyləncə meydançası, avtomobillər üçün parklanma yeri də yaradılıb. Köhnə giriş zonası öz tarixi üslubunda təmir edilib. Yeraltı su anbarları, nasosxanalar və qazanxanalar inşa edilib. Ərazi boyu hasar yenidən qurulub, piyada yolları salınıb, müasir oturacaqlar, işıqlandırma, yanğından mühafizə və videomüşahidə sistemləri quraşdırılıb, ümumi sahəsi 26 hektar olan yaşıllıqların suvarma sistemləri yenilənib.
 

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları əsasında Mərkəzi Nəbatat Bağında həyata keçirilən abadlıq və yenidənqurma tədbirləri ölkəmizdə bitki biomüxtəlifliyinin qorunmasına və səmərəli istifadəsinə göstərilən xüsusi diqqətin bariz nümunəsidir.


Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun mühafizəsi məqsədilə 1934-cü ildə yaradılan Mərkəzi Nəbatat Bağı ekoloji təmizliyin qorunması, elmi araşdırma, tədris və maarifləndirmə baxımından mühüm əhəmiyyətə malikdir. Burada dünyanın müxtəlif iqlim zonalarından toplanan bitki kolleksiyaları yalnız onların mühafizəsi məqsədilə deyil, həm də ölkədə bu sahədə elmi tədqiqatların davamlı inkişafına xidmət edir.

Son illər Azərbaycanın bütün regionlarında, o cümlədən Bakı şəhərində abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Əhalinin rahatlığının və istirahətinin yüksək səviyyədə təşkili məqsədilə yeni parklar və çoxsaylı yaşıllıq zolaqları salınıb, mövcud park və xiyabanlar isə əsaslı şəkildə yenidən qurulub. Həyata keçirilən bu layihələr Bakının və regionların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır.




Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 1
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 2
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 3
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 4
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 5
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 6
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 7
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 8
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 9
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 10
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 11
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 12


Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 13
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 14
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 15
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 16
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 17
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 18
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 19
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 20
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 21
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 22
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 23
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 24
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 25
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 26
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 27
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 28
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 29
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 30
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 31
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 32
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 33
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 34
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 35
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 36
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 37
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 38
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 39
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 40
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 41
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 42
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 43
Prezident və ailəsi Mərkəzi Nəbatat Bağının açılışında – FOTO/VİDEO - foto 44


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO