“Rəsulzadənin Hitlerlə görüşü və münasibəti olmayıb...”

“Rəsulzadənin Hitlerlə görüşü və münasibəti olmayıb...”

Hazırda oxunan: “Rəsulzadənin Hitlerlə görüşü və münasibəti olmayıb...”

216166
Bu gün son nəfəsində belə “Azərbaycan” deyərək bu dünyaya gözlərini əbədi yuman şəxsin, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin vəfat etdiyi gündür.xa0

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev M.Ə.Rəsulzadəylə bağlı maraqlı bir faktı açıqlayıb.xa0

Z.Əliyev Moderator.az-a açıqlamasında Rəsulzadənin Almaniyada yaşayarkən, Adolf Hitlerlər görüşünün və münasibətinin olmadığını bildirib:xa0xa0


“Bu gün Azərbaycan tarixinin görkəmli şəxslərindən biri Məmməd Əmin Rəsulzadənin vəfat etdiyi gündür. Rəsulzadənin həyatı barədə müxtəlif kitablar çıxır, yazılar yazılır. Lakin onun tam olaraq şəxsiyyəti və mühacirətdə fəaliyyəti barədə araşdırma yoxdur. Çünki arxvilər açıldıqca Rəsulzadə barədə daha maraqlı faktlar əldə edirik. Məlumdur ki, İkinci Dünya müharibəsində Alman ordularında türk legionları olub. Bunlardan bir neçəsi də Azərbaycanın azadlığı uğurunda mübarizə apardıqlarına inanan azərbaycanlı legionerlər də olublar. O zaman Almaniya rəhbərliyi legionlara rəhbərlik edəcək şəxsiyyət axtarırdı və o illərdə cəmi iki nəfərin nüfuzu daha çox idi. Düdənginski və Rəsulzadə.xa0

Məhəmməd Əmin Rəsulzadənin Almaniyanın 1932-1945-ci illərdəki dövlət başçısı Adolf Hitlerlə birbaşa görüşü və münasibəti olmayıb. Onun Almaniya hökuməti ilə əlaqələri Şərq Nazirliyinin SSRİ Millətləri üzrə Baş İdarəsinə başçılıq edən professor Qerhard Von Mende və Almaniyanın sabiq Moskva səfiri, Xarici İşlər Nazirliyinin təmsilçisi Şulenberq vasitəsi ilə olub. Qeyd edim ki, "Bozqurd" , "Aslan" kimi batalyonların olduğu azərbaycanlı legionlarda Rəsulzadənin hörməti böyük idi. Məhz Almaniyanın təklifi belə idi ki, Azərbaycan sovetlərdən geri alınsa, Bakı birbaşa Berlinə tabe olmalı, Azərbaycan isə xanlıqlar dövründəki quberniyalara bölünürdü və ölkənin xarici siyasəti Berlindən idarə olunmaı idi.

xa0Rəsulzadə Hitlerlə birbaşa görüşmək niyyətini bildirsə də, onunla danışqlar aparan yüksək çinli məmurlar buna mane olurdu. Hitlerin özünün də Rəsulzadə ilə görüşmək niyyəti yox idi. Hitler tapşırıq verir ki, Rəsulzadə legionerlər qarşısında çıxış etsin və daha sonra Bakıya xəbər göndərsin ki, sovetlər üçün neft verməkdən imtina etsinlər. Azərbaycanlılar sovetlərə kölə olmaq istəmirlərsə, Bakı neft mədənlərini ruslar üçün bağlasınlar. Rəsulzadəyə də məlumat verirlər ki, müstəqillik məsələsinə baxa bilər Hitler, bir şərtlə ki, legionerlər ona sadiq olsunlar. Rəsulzadə həyat yoldaşı ilə birlikdə 1944-1947-ci illər arasında Almaniyaya köçür. Eyni zamanda Milli Azərbaycan Komitəsi yaradılır. Azərbaycanın sovetlər məğlub olmasından sonra hansı formada dövlət kimi sistemə malik olacağının planın hazırlayır. Lakin Məhəmməd Əmin görüb ki, almanlar Azərbaycana müstəqillik bəxş edən deyillər, oradan çıxıb gedib. Azərbaycan Milli Komitəsinin yaranması Rəsulzadənin adı ilə belə bağlıdır ki, o, bu təşkilatın sədri olacaq. Amma sədri olmayıb. Məhz müstəqilliyə razı olmayan Alman hökumətindən narazı qalan Rəsulzadə almanlarla əməkdaşlıq etməyib. Komitə yaranandan sonra isə onun sədri Düdənginski olub. Lakin o, Hitlerin şərtlərindən birinə isə əməl edir. Legion qarşısında çıxış edir və Rəsulzadə isə çıxışında bu sözləri deyir :

" Azərbaycanın müstəqil olmasına qarşı olanlar üçün döyüşün amma başqa heç kimi öldürməyin. " O, legionerlərə başçılıq edən zabitlərə deyir: "Almanlar Ariya irqindən olan birini axtarırdılar mən isə TÜRK idim " Sonra Almaniyanı tərk edən Rəsulzadədən sonra parçalanma yaranır. Bəzilər almanlarla əməkdaşlıq edir, bəziləri isə müstəqillik olmayacağı təqdirdə savaşmaqdan imtina edirlər. 1954-cü ildə Münhendə çap edilən Azərbaycan qəzetində qeyd edilir ki, almanlarla razılığa gəlməyən türk kökənlilər və əsirlər amansızlıqla edam edilir. Berlində parçlanan Azərbaycan diasporunun əsas hissəsi Rəsulzadənin ətrafında yer almışdı və onlar müstəqil Azərbaycan üçün savaşlarını davam etdirirlər”.

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO