Türkiyəli nazir: Azərbaycanın amfibiya təyyarəsi yanğınsöndürmə əməliyyatında iştirak edəcək

Türkiyəli nazir: Azərbaycanın amfibiya təyyarəsi yanğınsöndürmə əməliyyatında iştirak edəcək

Hazırda oxunan: Türkiyəli nazir: Azərbaycanın amfibiya təyyarəsi yanğınsöndürmə əməliyyatında iştirak edəcək
207184
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın liderinə xahişi əsasında Türkiyəyə göndərilən “BE-200ÇS” amfibiya təyyarəsi İzmir vilayətinin qərbində meşə yanğınlarının söndürülməsində iştirak edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Türkiyəli nazirin sözlərinə görə, Azərbaycandan göndərilən təyyarə yanğın zonasına hər uçuşda 12 ton su buraxa bilir. O, həmçinin məlumat verib ki, yanğın bölgəsindən 4159 nəfər təxliyə edilib. Dövlət fəlakət zonasında əhalini dəstəkləmək üçün maliyyə vəsaiti ayırıb.

Nazir qeyd edib ki, ölkənin meşə massivlərinin yandırılmasında şübhəli bilinən bir neçə şəxs saxlanılıb.

Yerlikaya əlavə edib: “Yanğınlar törədən şəxslər aşkar olunur və hüquq-mühafizə orqanlarına təhvil verilir”.

Bununla yanaşı, Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib ki, avqustun 18-i səhər saatlarında daxil olan məlumata görə, ölkə ərazisində meşə yanğınlarının 8 fəal ocağı qeydə alınıb. “Təkcə son iki gün ərzində aviasiya yanğın zonalarına 7 min 662 ton su buraxıb”, -deyə o bildirib.

Nazir Azərbaycandan kömək üçün göndərilən təyyarədən də danışıb. Qardaş ölkəyə təbii fəlakətlə bağlı dəstəyə görə təşəkkürünü bildirən Yumaklı deyib: “Amfibiya təyyarəsi avqustun 18-də gecə saatlarında İzmirin Adnan Menderes Hava Limanına enib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO