Qaya Məmmədov Qaraçuxurda seçicilərlə görüşlərə davam edir – FOTO

Qaya Məmmədov Qaraçuxurda seçicilərlə görüşlərə davam edir – FOTO

Hazırda oxunan: Qaya Məmmədov Qaraçuxurda seçicilərlə görüşlərə davam edir – FOTO
207075
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə 31 saylı Suraxanı II seçki dairəsindən namizəd olan Qaya Məmmədov Qaraçuxur qəsəbəsində seçicilərlə görüşüb.

Bizim.Media xəbər verir ki, görüş Qaraçuxur qəsəbəsi məhəllə 40/48, 6-cı binaya və Yeni Günəşli, D yaşayış sahəsi, 12-ci binada baş tutub.

O, sakinlərin dərdləri ilə maraqlanıb, onların suallarını cavablandırıb, qaldırdıqları məsələlərə münasibət bildirib və onlara seçki prosesində iştiraklarına görə öncədən təşəkkür edib.

Qeyd edək ki, Q.Məmmədov 1999-cu ildə Azərbaycan Respublikasının diplomatik xidmətində fəaliyyətinə 1999-cu ildə başlayıb.

O, Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində, o cümlədən 2001-2004-cü illərdə Azərbaycan Respublikasının Almaniyada səfirliyində və 2008-2011-ci illərdə NATO yanında nümayəndəliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb.

Qaya Məmmədov 2013-2017-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik idarəsinin rəisi vəzifəsini icra edib. O, 2018-ci ildə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin olunub. Q.Məmmədov 2022-ci ildən bəri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisidir.

Qaya Məmmədov Qaraçuxurda seçicilərlə görüşlərə davam edir – FOTO - foto 1
Qaya Məmmədov Qaraçuxurda seçicilərlə görüşlərə davam edir – FOTO - foto 2
Qaya Məmmədov Qaraçuxurda seçicilərlə görüşlərə davam edir – FOTO - foto 3
Qaya Məmmədov Qaraçuxurda seçicilərlə görüşlərə davam edir – FOTO - foto 4


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO