İlham Əliyev indoneziyalı həmkarını TƏBRİK ETDİ

İlham Əliyev indoneziyalı həmkarını TƏBRİK ETDİ

Hazırda oxunan: İlham Əliyev indoneziyalı həmkarını TƏBRİK ETDİ
207057
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Prezidenti Coko Vidodoya təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"İndoneziya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Azərbaycan İndoneziya ilə münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət verir.

Ölkələrimiz arasında formalaşmış dostluq münasibətləri bir sıra istiqamətlər üzrə əməkdaşlığımız üçün əlverişli imkanlar açmışdır. “ASAN xidmət” modelinin ölkənizdə uğurla tətbiqi və bu sahədə fəal əməkdaşlığımız məmnunluq doğurur.

İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-İndoneziya əlaqələri, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə birgə fəaliyyətimiz, o cümlədən Bakıda təşkil ediləcək COP29 çərçivəsində əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İndoneziya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO