MSK beş partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb 

MSK beş partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb 

Hazırda oxunan: MSK beş partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb 

202722

2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində beş partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 19-da keçirilən iclasında qəbul edilib. 

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Gələcək Azərbaycan, Müsavat, Azad Vətən, Vəhdət və Ədalət partiyalarının səlahiyyətli nümayəndələrinin qeydə alınması müzakirəyə çıxarılıb. 
Bununla bağlı qərar səsverməyə qoyularaq qəbul olunub. 

Beləliklə, MSK-da ümumilikdə 25 siyasi partiyadan səlahiyyətli nümayəndələr qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO