Maya Sandu:

Maya Sandu: "Azərbaycanın yanımızda olduğunu həmişə xatırlayacağıq"

Hazırda oxunan: Maya Sandu: "Azərbaycanın yanımızda olduğunu həmişə xatırlayacağıq"
194868
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moldovanın Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri. Ölkənizin Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan vətəndaşlarını təbrik edirəm. Respublikanıza davamlı tərəqqi, firavanlıq və əmin-amanlıq arzulayıram.

Mən Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında möhkəm əlaqələri yüksək qiymətləndirirəm. Ölkəmizin ikitərəfli dialoqun daha da dərinləşdirilməsinə sadiq olduğunu bir daha təsdiq edirəm. Ehtiyac duyduğumuz anlarda yanımızda olduğunuzu həmişə xatırlayacağıq. Əminəm ki, birgə səylərimiz nəticəsində Moldova və Azərbaycan enerji, nəqliyyat, kənd təsərrüfatı, ticarət və investisiya kimi mühüm sahələrdə əməkdaşlığımızı genişləndirmək imkanlarından tam istifadə edəcək və nəticədə hər iki ölkə vətəndaşlarına fayda verəcəkdir.

Fürsətdən istifadə edərək, Birləşmiş Millətlər Təşkilatının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyinizi yüksək qiymətləndirirəm. Əminəm ki, bu tədbir Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və daha yaşıl gələcəyə kömək etmək istiqamətində birgə səylərimizi inkişaf etdirəcək.

Cənab Prezident, ən xoş arzularımı və yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO