Qarabağ Azadlıq Təşkilatı Aureliya Qriqoriu ilə bağlı bəyanat yaydı

Qarabağ Azadlıq Təşkilatı Aureliya Qriqoriu ilə bağlı bəyanat yaydı

Hazırda oxunan: Qarabağ Azadlıq Təşkilatı Aureliya Qriqoriu ilə bağlı bəyanat yaydı

181685

Qarabağ Azadlıq Təşkilatı (QAT) moldovalı hüquq müdafiəçisi Aureliya Qriqoriuya qarşı ermənilər tərəfindən aparılan qərəzli və çirkin təzyiq kampaniyasını qətiyyətlə pisləyir. Yayılan xəbərlərə görə, hüquq müdafiəçisi öz ölkəsində erməni diaspor xa0təşkilatlarının təzyiq və təhdidlərinə məruz qalıb, ermənilər ona qarşı cinayət işinin açılmasına nail olmağa çalışır, onu guya erməniləri təhqir etməkdə, milli münasibətləri qızışdırmaqda ittiham edirlər. Aureliya Qriqoriu dəfələrlə həm öz ölkəsində, həm beynəlxalq qurumlarda Azərbaycanın haqq işini müdafiə edib, işğalçı və terrorçu Ermənistan rejiminin iç üzünü ifşa edib, Qarabağ həqiqətlərinin təbliğində yorulmadan çalışıb, hətta işğalçı Ermənistanda keçirilən beynəlxalq tədbir zamanı Ermənistanın işğalçı siyasəti ilə bağlı həqiqəti deməkdən çəkinməyib.xa0
xa0 xa0 xa0 xa0
Ermənilər indi bu obyektiv və ədalətli hüquq müdafiəçisindən intiqam almağa çalışırlar. Ermənilər o qədər həyasızlaşıblar ki, Qarabağ münaqişəsi ilə bağlı həqiqəti deyən şəxslərə qarşı hətta onların öz ölkələrində hücuma keçməyə çalışırlar. Bir müddət əvvəl Özbəkistanda tarixçi Şuhrat Salamova, Hollandiyada təşkilat rəhbəri İlhan Aşkına, indi də Moldovada Aureliya Qriqoriuya qarşı təşkil edilən hücumlar həm dövlətimiz, həm də cəmiyyətimiz üçün ciddi siqnal olmalı, bu hücumların qarşısının alınması üçün ciddi tədbirlər görülməlidir. Ermənilərin bu istiqamətdə əl-qol açmalarına, haqqı deyənlərin səsini boğmaq cəhdlərinə imkan verilməməlidir. Hesab edirik ki, Azərbaycan dövləti, siyasi və ictimai təşkilatlar, Moldovadakı diaspor təşkilatlarımız erməni təxribatlarının qarşısını almaq üçün təcili tədbirlər həyata keçirməli, Aureliya Qriqoriuya ermənilərin divan tutmasına imkan verməməlidir. Moldova prezidenti cənab İqor Dodonun bu günlərdə Azərbaycana reallaşdırılacaq səfəri zamanı da bu məsələ gündəmdə olmalı, müzakirə edilməlidir. Azərbaycan ilə Moldova arasında xoş əməkdaşlıq münasibətləri mövcuddur. Hər iki tərəf bu münasibətlərə xələl gətirəcək təxribatlara imkan verməməli, münasibətlərin yüksələn xəttlə inkişaf etməsi üçün çalışmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO