Sürətli yeriməyin gündəlik addım sayı nisbətən az olan insanlarda belə erkən ölüm riskini azalda biləcəyi müəyyən edilib.
Bizim.Media “baku.ws”ə istinadən xəbər verir ki, alimlər 100 mindən çox orta və yaşlı insanın məlumatlarını təxminən 8 il ərzində araşdırıblar.
Nəticələrə görə, gündə 5 min addımdan az atan, lakin dəqiqədə ən azı 80 addım sürətlə yeriyən insanların ölüm riski daha yavaş templə 5-7,5 min addım atanlarla müqayisəolunan olub.
Mütəxəssislər xüsusilə gündə ən azı 30 dəqiqə sürətli yeriməyi tövsiyə edirlər. Ən aşağı erkən ölüm riski isə gündə 7,5-10 min addım atanlarda müşahidə olunub.
Araşdırma göstərir ki, sağlamlıq üçün təkcə addımların sayı deyil, yerimə sürəti də önəmlidir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:50 / 10.09.2026
Erkən ölüm riskini azaltmağın sadə yolu tapılıb
Hazırda oxunan: Erkən ölüm riskini azaltmağın sadə yolu tapılıb
Hazırda oxunan: Erkən ölüm riskini azaltmağın sadə yolu tapılıb
635923
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































