Rusiya Ukraynada ticarət mərkəzini vurdu: 4 ölü, 60-dan çox yaralı var – FOTO/VİDEO

Rusiya Ukraynada ticarət mərkəzini vurdu: 4 ölü, 60-dan çox yaralı var – FOTO/VİDEO

Hazırda oxunan: Rusiya Ukraynada ticarət mərkəzini vurdu: 4 ölü, 60-dan çox yaralı var – FOTO/VİDEO
635944
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində sentyabrın 10-da Rusiyanın həyata keçirdiyi hücum nəticəsində 4 nəfər ölüb. Yaralananlar arasında 3 uşaq da var.

Bizim.Media xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanjanın açıqlamasına, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinə, vilayət prokurorluğunun məlumatına və daxili işlər naziri İvan Vıqovskinin açıqlamasına istinadən xəbər yayıb.

Yerli KİV-in məlumatına görə, Rusiya qüvvələri şəhərdə yerləşən “Gulliver” ticarət mərkəzinə zərbə endirib. Zərbədən sonra binada yanğın başlayıb.
 

“4 nəfər həlak olub, 60-dan çox insan yaralanıb. Yaralananlar arasında 13, 14 və 15 yaşlı üç oğlan da var. Rusiyanın Pavloqrada hücumunun faciəvi nəticələri bunlardır”, – deyə Qanja bildirib.


O qeyd edib ki, bütün yaralılar hazırda xəstəxanadadır və lazımi yardımı alırlar.

Xilasedicilər bildiriblər ki, atəş nəticəsində mağazada, pərakəndə satış pavilyonlarında və avtomobillərdə yanğın baş verib. Bundan əlavə, zərbənin nəticələrinin aradan qaldırılması zamanı Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşları da xəsarət alıblar.



Rusiya Ukraynada ticarət mərkəzini vurdu: 4 ölü, 60-dan çox yaralı var – FOTO/VİDEO - foto 1
Rusiya Ukraynada ticarət mərkəzini vurdu: 4 ölü, 60-dan çox yaralı var – FOTO/VİDEO - foto 2
Rusiya Ukraynada ticarət mərkəzini vurdu: 4 ölü, 60-dan çox yaralı var – FOTO/VİDEO - foto 3
Rusiya Ukraynada ticarət mərkəzini vurdu: 4 ölü, 60-dan çox yaralı var – FOTO/VİDEO - foto 4


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO