Evdə hazırlanan qidaların bazara çıxarılması mexanizmi FORMALAŞDIRILACAQ

Evdə hazırlanan qidaların bazara çıxarılması mexanizmi FORMALAŞDIRILACAQ

Hazırda oxunan: Evdə hazırlanan qidaların bazara çıxarılması mexanizmi FORMALAŞDIRILACAQ
635892
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan qida məhsullarının bazara çıxarılması mexanizmi formalaşdırılacaq.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planına əsasən, bu istiqamətdə icraçı qurumlar qismində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kənd Təsərrüfatı Nazirliyi (KTN), Daxili İşlər Nazirliyi (DİN), yerli icra hakimiyyəti orqanları (YİHO), Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətli nümayəndəliyi müəyyənləşdirilib.

Tədbirin icra müddəti 2028–2032-ci illəri əhatə edəcək.

Bu müddət ərzində ev şəraitində və ailə təsərrüfatları tərəfindən hazırlanan qida məhsullarının bazara çıxarılması ilə bağlı təkliflərin hazırlanması, müvafiq hüquqi bazanın formalaşdırılması və tənzimləmə mexanizminin tətbiqi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO