Su Ehtiyatları Agentliyinə yeni SƏLAHİYYƏT VERİLDİ

Su Ehtiyatları Agentliyinə yeni SƏLAHİYYƏT VERİLDİ

Hazırda oxunan: Su Ehtiyatları Agentliyinə yeni SƏLAHİYYƏT VERİLDİ

635907

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyət verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Ağstafa, Göygöl, Ağdam və Füzuli rayonlarında (işğaldan azad olunmuş ərazilər istisna olmaqla) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, suvarma suyuna olan tələbatın ödənilməsi, eləcə də tikili və hidrotexniki qurğuların inşa olunacağı layihələrlə əlaqədar olaraq tikinti altına düşən torpaq sahələrinin dövlət ehtiyacları üçün alan orqan kimi müəyyən edilib.

ADSEA qeyd olunan rayonlarda torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO