Rusiya Donbasın tam ələ keçirilməsi müddətini yenə təxirə saldı

Rusiya Donbasın tam ələ keçirilməsi müddətini yenə təxirə saldı

Hazırda oxunan: Rusiya Donbasın tam ələ keçirilməsi müddətini yenə təxirə saldı

635917

Rusiya Donetsk vilayətinin tam nəzarətə götürülməsi müddətini növbəti dəfə təxirə salıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazıb.

Mənbə qeyd edir ki, rəsmi Moskva indi bu məqsədə yaxın yarım il ərzində (2027-ci ilin fevral və ya mart ayının sonuna qədər) nail olmağı hədəfləyir.
 

Müharibənin əvvindən bəri bu bölgənin işğalı ilə bağlı planlar Müharibəni Öyrənmə İnstitutunun (ISW) hesablamalarına görə artıq 15 dəfə dəyişdirilib. Hazırda Rusiya regionun təxminən 79,9%-nə nəzarət edir.


Avqust ayında rus qoşunları gündə orta hesabla 2,36 kvadrat kilometr irəliləyib. ISW qeyd edir ki, əgər bu sürət qorunub saxlanarsa, bölgənin tamamilə zəbt edilməsi ən tez 2032-ci ilin oktyabrında mümkün ola bilər.

"Bloomberg" mənbələrinin məlumatına görə, yaxın altı ay ərzində Rusiya Ukrayna infrastrukturuna zərbələri gücləndirməyi planlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO