
- A-
- A
- A+
"Sabah" "Mançester Yunayted"ə böyük hesabla məğlub oldu
"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirib.
Bizim.Media xəbər verir ki, İngiltərədə "Mançester Yunayted"in qonağı olan Azərbaycan çempionu 0:4 hesabı ilə məğlub olub.
"Old Trafford" stadionunda baş tutan matçda qolları Mateus Kunya (27), Brunu Fernandeş (42), Benyamin Şeşko (45) və Lisandro Martines (68) vurublar.
Qeyd edək ki, "Sabah" oktyabrın 13-də Bakıda Çexiyanın "Slaviya" kollektivini qəbul edəcək.
***23:04
İngiltərədə "Mançester Yunayted" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyunu başlayıb.
Bizim.Media xəbər verir ki, matç "Old Trafford" stadionunda keçirilir.
Qarşılaşmanı Fransadan olan FIFA referisi Villi Delajo idarə edir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































